...

Bakıda avtomobillərə qənim kəsilmiş şəxs tutulub

Hadisə Materials 2 Dekabr 2014 12:43 (UTC +04:00)
Paytaxt sakinlərinin avtomobillərindən silsilə oğurluq etmiş şəxs tutulub.
Bakıda avtomobillərə qənim kəsilmiş şəxs tutulub

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlkin İzzət/

Paytaxt sakinlərinin avtomobillərindən silsilə oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin noyabr ayı ərzində Bakı şəhər sakinləri R.Teymurova, İ.Qasımovaya, K.Bağırova, N.Qəşəmliyə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlamış, A.Nağıyevə, C.Məmmədova, İ.Sultanova, A.Qasımova və Ə.Cavadova məxsus avtomobillərdən oğurluğa cəhd göstərmiş, habelə T.Nağıyevə, E.Əbilova, T.Kovalyovaya, Z.Sultanovaya, A.Əliyevaya, E.Məmmədova və E.Səfərzadəyə məxsus avtomobillərin şüşələrini sındıraraq əmlaklarını qəsdən məhv etmiş paytaxt sakini Kamal Mirəliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti