...

Azərbaycanda keçmiş məhkumlar yenidən həbsxana həyatını yaşamaq istədilər

Hadisə Materials 17 Dekabr 2014 11:55 (UTC +04:00)
Şübhəli şəxslər - Q.Qəhramanovdan 0,160 qram heroin, K.Fərhadovdan 0,163 qram heroin aşkar olunaraq götürülüb.
Azərbaycanda keçmiş məhkumlar yenidən həbsxana həyatını yaşamaq istədilər

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda keçmiş məhkumlar yenidən həbsxana həyatını yaşamaq istədilər.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Xətai RPİ Cinayət Axtarış Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Qamət Qəhramanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Kamal Fərhadov tutulub.

Şübhəli şəxslər - Q.Qəhramanovdan 0,160 qram heroin, K.Fərhadovdan 0,163 qram heroin aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti