Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/
Paytaxtda içərisində külli miqdarda pul olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Əhmədov tutulub. Onun dekabrın 25-də Novruz Bayramova məxsus mağazadan içərisində 21070 manat olan seyfi oğurladığı müəyyən edilib.