...

Bakıda motosikletlərin "taranı": 1 ölü, 2 yaralı

Hadisə Materials 29 Dekabr 2014 14:54 (UTC +04:00)
Bakıda iki motosikletin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bakıda motosikletlərin "taranı": 1 ölü, 2 yaralı

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda iki motosikletin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, dekabrın 28-də saat 22 radələrində Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini Hüseyn Qurbanlının idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosikletlə müəyyən edilməmiş motosiklet toqquşub.

Sonra zərbənin təsirindən sonun motosikleti həmin prospektdə dayanmış "Chevrolet" markalı avtomobilə çırpılıb. H.Qurbanlının sərnişini Nərmin Abdullayeva hadisə yerində ölüb, özü və digər motosikletin sərnişini Nigar Əliyeva xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsi tərəfindən digər motosikletin və sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti