...

Bakıda yağışlar bəzi yerlərdə təhlükə yaradıb, vətəndaşlar ərazidən çıxarılıb

Hadisə Materials 25 Yanvar 2015 09:47 (UTC +04:00)
Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.
Bakıda yağışlar bəzi yerlərdə təhlükə yaradıb, vətəndaşlar ərazidən çıxarılıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti