Azərbaycan, Bakı, 27 yanvar /Trend/
Mingəçevirdə 65 yaşlı kişi evində ölü tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Mingəçevir şəhərində, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər dörtmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilinə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Yanğınsöndürən-xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Eldar Məcid oğlu Vəliyevin cəsədini aşkarlayıb və aidiyyəti üzrə təhvil veriblər.