...

Avtobusda cibgirlik edən şəxs tutulub

Hadisə Materials 23 Fevral 2015 11:28 (UTC +04:00)
Bakıda avtobusda vətəndaşların pul və sənədlərini oğuralamış şəxs tutulub.
Avtobusda cibgirlik edən şəxs tutulub

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda avtobusda vətəndaşların pul və sənədlərini oğurlamış şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 12 radələrində, 155 saylı xətt avtobusunda Bakı şəhər sakinləri - Şamil Həsənovun 270 manat və şəxsi sənədlərini cibgirlik yolu ilə talayıblar.

Binəqədi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və İstintaq Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Rafik Sadirbəy oğlu Şəydabəyov tutulub. Şübhəli şəxsin üzərindən üzərindən 5,41 qram marixuana aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti