Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv. m olan ikiotaqlı və digər vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.