...

DİN Salyanda traktorun aşması nəticəsində azyaşlının ölməsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 16 Mart 2015 12:49 (UTC +04:00)
Salyan rayonunun Düzənlik kəndində baş verən yol-nəqliyyat hadisəsi azyaşlı uşağın ölümü ilə nəticələnib.
DİN Salyanda traktorun aşması nəticəsində azyaşlının ölməsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Salyan rayonunun Düzənlik kəndində baş verən yol-nəqliyyat hadisəsi azyaşlı uşağın ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 14-də saat 15 radələrində Salyan rayonunun Düzənlik kəndində Qaraçala kənd sakini Yusif Abbasov idarə etdiyi "Belarus" markalı traktoru aşırıb. Nəticədə onun sərnişini Əvəz Abbasov hadisə yerində ölüb. Y.Abbasovun özünə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişmiş Əvəz Abbasovun cəmi 8 yaşı olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti