...

Beyləqanda avtomobil yanıb

Hadisə Materials 11 May 2015 12:53 (UTC +04:00)
Beyləqanda "VOLKSWAGEN" markalı minik avtomobilində yanğın baş verib.
Beyləqanda avtomobil yanıb

Azərbaycan, Bakı, 11 may /Trend/

Beyləqanda "VOLKSWAGEN" markalı minik avtomobilində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Beyləqan-Ağcabədi yolunun 25-ci kilometrliyində, Beyləqan rayonu ərazisində vətəndaşa məxsus "VOLKSWAGEN" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti