Azərbaycan, Bakı, 23 may /Trend/
Bakıda mağazada yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi 120 kv.m olan şirniyyat mağazasının yanar konstruksiyaları və içərisində olan rəflər 66 kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.