...

Azərbaycana narkotik şokoladların keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 1 İyun 2015 11:46 (UTC +04:00)
Azərbaycan gömrükçüləri xüsusi üsulla qablaşdırılan narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Azərbaycana narkotik şokoladların keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan gömrükçüləri xüsusi üsulla qablaşdırılan narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Radmanesh Karkaj Soleıman Mohammadın əl yüklərinə gömrük baxışı keçirilib.

Baxış zamanı onun əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisindəki şokolad-konfetlərin hamısının tərkibinin eyni olmadığı məlum olub. Belə ki, torbadakı eyni üsulla, eyni formada və eyni marka adı altında qablaşdırılan şokolad-konfetlərin yeddisində, ümumi xalis çəkisi 64,874 qram olan narkotik vasitə-tiryək olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti