...

Suriyada döyüşən azərbaycanlılar 81 il yarım azadlıqldan məhrum edildilər

Hadisə Materials 1 İyun 2015 13:24 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 6 nəfərə hökm oxunub.
Suriyada döyüşən azərbaycanlılar 81 il yarım azadlıqldan məhrum edildilər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 6 nəfərə hökm oxunub.

Trend xəbər verir ki, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb.

Məhkəmə təqsirləndirilən şəxslər - Ruslan Mustafayevin 14 il, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qətnamə çıxarıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vaxtilə MTN-in həyata keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti