...

Su kanalına düşmüş avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb

Hadisə Materials 3 İyun 2015 09:47 (UTC +04:00)
Lənkəranda su kanalına düşmüş avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb.
Su kanalına düşmüş avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

Lənkəranda su kanalına düşmüş avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Sütəmurdov kəndində "VAZ" markalı minik avtomobili kanala düşüb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:47-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti