...

Beyləqan və Gədəbəydə 1 tondan çox çətənə kolu məhv edilib

Hadisə Materials 9 İyul 2015 12:59 (UTC +04:00)
Beyləqan və Gədəbəy rayonları ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib.
Beyləqan və Gədəbəydə 1 tondan çox çətənə kolu məhv edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

Beyləqan və Gədəbəy rayonları ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsində yabanı halda bitmiş, çəkisi 230 kiloqram olan 132 ədəd, Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novosaratovka kəndində yabanı halda bitmiş, çəkisi 946 kq olan 1980 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti