...

2 nəfər cərəyan vurmasından öldü

Hadisə Materials 11 İyul 2015 13:33 (UTC +04:00)
2 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
2 nəfər cərəyan vurmasından öldü

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

2 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Xətai rayon sakini Eldar Mustafayev iyulun 10-u saat 16 radələrində yaşadığı mənzildə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daha bir analoji hadisə Göyçay rayonunda baş verib. İyulun 10-u saat 13 radələrində Göyçay rayon sakini Əli Mustafayev işlədiyi Nərimanov rayonundaklı şüşə sexindən elektrik cərəyanı vurması diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti