...

Bakıda şirkət direktorunun dələduzluğunun üstü açıldı

Hadisə Materials 23 İyul 2015 13:00 (UTC +04:00)
Bakıda şirkət direktorunun dələduzluqla məşğul olması müəyyən edilib.
Bakıda şirkət direktorunun dələduzluğunun üstü açıldı

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bakıda şirkət direktorunun dələduzluqla məşğul olması müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti