Azərbaycan, Bakı, 23 iyul /Trend/
Bakıda dənizdə batmış gəncin cəsədi bu gün tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə 19.07.2015-ci il tarixində Binəqədi rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr sola, nəzarətsiz ərazidə) 1989-cu il təvəllüdlü Səfər Vaqif oğlu Əbdülrəhmanovun suda batması haqqında məlumat daxil olmuşdu.
S.Əbdülrəhmanovun cəsədi bu gün batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.