...

Gədəbəydə “QAZel” dərəyə aşıb, ölən və yaralanan var

Hadisə Materials 19 Avqust 2015 14:07 (UTC +04:00)
Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Gədəbəydə “QAZel”  dərəyə aşıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İlkin İzzət/

Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 18-də saat 11 radələrində Gədəbəy rayonu Nərimankənd kəndində Bərdə rayon sakini Fikrət Süleymanov idarə etdiyi "QAZel" markalı avtomobili yolun kənarındakı dərəyə aşırıb.

Nəticədə sərnişinlərindən həmyerlisi Sərvinaz Fərzəliyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti