...

Nazir müavinin avtomobili güllələnib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 25 Avqust 2015 23:38 (UTC +04:00)

İlk xəbər 23:18-də yayılıb

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Ukraynanın elm və təhsil nazir müavini İnna Sovsunun avtomobilini güllələyən şəxs saxlanılıb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna DİN-i bildirib.

"Avtomobilə atəş açmış kişi saxlanılıb. Hazırda həmin adamın şəxsiyəti dəqiqləşdirilir", DİN-in bəyanatında bildirilir.

Ukraynanın elm və təhsil nazir müavini İnna Sovsunun avtomobili Kiyevdə güllələnib.

Hadisə barədə Ukraynanın elm və təhsil naziri Serqey Kvit öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, avtomobil nazirliyin binasının yanında olanda güllələnib və xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti