...

Qədir Hüseynov: Əslində bəxtim gətirdi

Hadisə Materials 15 Sentyabr 2015 08:04 (UTC +04:00)
Dünən tay-brekdə qələbə qazandım.
Qədir Hüseynov: Əslində bəxtim gətirdi

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Dünən tay-brekdə qələbə qazandım. Buna görə bir qədər yorğun idim. Amma şikayətlənmək üçün əsas yoxdur. Çünki rəqibim də mənim kimi ardıcıl 4-cü gün istirahətsiz oynayır.

Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu sözləri şahmatçımız Qədir Hüseynov Dünya Kubokunda 1\32 final mərhələsinin ilk görüşündən sonra deyib.

Bakıda keçirilən dünya kubokunun 1/32 final mərhələsinin ilk oyununda Çexiya idmançısı David Navara üzərində qələbə qazanan Hüseynov partiya ilə bağlı bunları söyləyib: "Əslində bəxtimin gətirdiyini söyləmələyim. Xüsusən də debütdə. Çünki rəqibin oyununu analiz etmişdim. Elə mənim planlaşdırdığım kimi başladı oyuna. Buna görə də əvvəldən üstünlüyü ələ aldım və sonda da qələbə qazandım".

"Yarışa fərdi yox, kiminləsə hazırlaşırsan" sualını şahmatçı belə cavablandırıb: "Bu suala cavab vermək istəməzdim. Hazırlaşdığım adam var. Amma daha geniş danışıb, rəqiblərimə məlumat vermək istəmirəm".

Hüseynov sabah Navaraya qarşı keçirəcəyi ikinci görüşdən də söz açıb: "Sabahkı görüşümüz də çətin keçəcək. Çünki Navara bu dəfə qələbə qazanmalıdı. O, irəli atılmağa məcburdu. Navaraya bu dəfə yalnız qələbə lazımdı. Əvvəlki mərhələdə də eyni halla qarşılaşmışdım. O zaman ikinci partiyanın gedişində kobud səhvə yol verdim. Qələbə qazanmaq üçün real gedişim olsa da, sonda məğlub oldum. Bu da psixoloji cəhətdən problem yaradırdı. Amma özümdə güc tapdım və tay-brekdə qələbə qazandım. Bu dəfə eyni səhvi təkrarlamaq istəmirəm. Sabah cütün taleyini həll etməliyəm ki, 1 gün istirahət edə bilim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti