Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/
Sumqayıt şəhərində kütləvi piyadavurma hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub.
Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayev və sürücü N.Kazımova isə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.