...

Bakıda peşəkar cibgir tutulub (FOTO)

Hadisə Materials 18 Sentyabr 2015 11:26 (UTC +04:00)
Şübhəli şəxsin üzərindən 1 ədəd bıçaq və oğurlanan mobil telefon maddi subut kimi aşkar olunaraq götürülüb.
Bakıda peşəkar cibgir tutulub (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda peşəkar cibgir tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, sentyabrın 17-də saat 10 radələrində Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Bəhruz Bayramovun əl çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Tariyel Etibar oğlu Məmmədov tutulub.

Şübhəli şəxsin üzərindən 1 ədəd bıçaq və oğurlanan mobil telefon maddi subut kimi aşkar olunaraq götürülüb.

T.Məmmədov ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, o, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda xüsusilə, cibgirlik yolu ilə bir sıra oğurluq əməlləri törədib.

Cinayət Məcəlləsinin 177,1, 180,1-ci maddələri ilə ayırı-ayırılıqda iki dəfə məhkumluğu olan şübhəli şəxs ətrafında istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng -Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti