Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Gəncə sakini ehtiyatsızlığından yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 21-də Gəncə şəhərində abadlıq işləri aparılarkən orada işləyən Vasif Abdullayev ehtiyatsızlığından hündürlükdən yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.