...

Polis terminaldan pul oğurlayanı saxlayıb

Hadisə Materials 29 Sentyabr 2015 14:20 (UTC +04:00)
Bakıda “E-manat” ödəmə terminalından pul oğurlayan şəxs saxlanılıb.
Polis terminaldan pul oğurlayanı saxlayıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakıda "E-manat" ödəmə terminalından pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonunda qeydə alınıb. Belə ki, Yevlax rayon sakini Elgün Məmmədov Xətai rayonundakı mağazalardan birində quraşdırılmış "E-manat" ödəmə terminalından pul oğurlayaraq oradan uzaqlaşıb. Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti