...

Avtomobil piyadanı vurdu, xəstəxanada öldü

Hadisə Materials 3 Oktyabr 2015 13:27 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil piyadanı vurdu, xəstəxanada öldü

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Nizami rayonu R.Rüstəmov küçəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən Səkinə Hacıxanovanı vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti