Axtarışın nəticəsi barədə məlumat əlavə olunub (ilk xəbər saat 15:26-da yayılıb)
Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
Yevlax rayonu, İsmayılabad kəndində Şor kanalında batmış 2012-ci il təvəllüdlü Əkbərov Ayxan Əbülfət oğlunun axtarışları başa çatıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, xilasedicilər A.Əkbərovun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
X X X
Yevlaxda bir nəfər kanala düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Yevlax rayonunda suvarma kanalına 1 nəfərin düşməsi barəsində məlumat daxil olub.
Hadisə yerinə cəlb edilmiş nazirliyin müvafiq xilasetmə qüvvələri axtarışlara başlayıb.
Əlavə məlumat veriləcək.