...

Paytaxtda və regionda yanğın

Hadisə Materials 12 Oktyabr 2015 09:17 (UTC +04:00)
Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşlara məxsus ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyü yanıb.
Paytaxtda və regionda yanğın

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, Azər Niftiyev/

Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşlara məxsus ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin, tövlənin və ot tayasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi paytaxtın Yasamal rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti