...

Qubada inzibati binada yanğın baş verib

Hadisə Materials 20 Oktyabr 2015 09:35 (UTC +04:00)
Quba rayonunda yanğın hadisəsi baş verib.
Qubada inzibati binada yanğın baş verib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/

Quba rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın rayonun Cimi kəndində qeydə alınıb.

330 kv.m olan inzibati binada dam örtüyünün yanar konstruksiyaları yanaraq sıradan çıxıb. Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində otaqları yanğından mühafizə etmək mümkün olub.

Yanğın saat 06:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti