Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmir Murad/
Abşeronda vətəndaşa məxsus evdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, yanğın hadisəsi rayonun Digah qəsəbəsində qeydə alınıb.
Vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində yaxınlıdakı ev yanğından mühafizə etmək mümkün olub.
Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.