...

Lənkəranda yol-nəqliyyat qəzası baş verib

Hadisə Materials 7 Noyabr 2015 17:44 (UTC +04:00)
Lənkəran rayonunda yol-nəqliyyat qəzası baş verib.
Lənkəranda yol-nəqliyyat qəzası baş verib

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Lənkəran rayonunda yol-nəqliyyat qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Digah kəndində "VAZ" markalı minik avtomobili ilə "HYUNDAİ" markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində avtomobildə sıxılaraq qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 12:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti