...

Yol qəzası daha bir can aldı

Hadisə Materials 10 Noyabr 2015 13:50 (UTC +04:00)
Sabunçu rayonunun Pirşağı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzası daha bir can aldı

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Elmir Murad/

Sabunçu rayonunun Pirşağı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini Qabil Həmzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Nikolay Sarokini vurub. Hadisə nəticəsində N.Sarokin hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti