...

Ağcabədidə "Mercedes", Tovuzda mağaza yanıb

Hadisə Materials 15 Yanvar 2016 04:00 (UTC +04:00)
Ağcabədi rayonu, Qarakeçdi kəndində vətəndaşa məxsus "Mercedes" marlalı minik avtomobilinin salonunda idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb.
Ağcabədidə "Mercedes", Tovuzda mağaza yanıb

Bakı. Trend:

Ağcabədi rayonu, Qarakeçdi kəndində vətəndaşa məxsus "Mercedes" marlalı minik avtomobilinin salonunda idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tovuz rayonunda sahibi məlum olmayan ümumi sahəsi 24 kv.m olan mağazanın dam örtüyün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti