...

Gəlinini xüsusi amansızlıqla öldürən 84 yaşlı kişinin məhkəməsi yekunlaşdı

Hadisə Materials 16 Yanvar 2016 10:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini güllələyərək qətlə yetirən 84 yaşlı Amaxan Nəcəfovun işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Növbəti məhkəmə prosesi yanvarın 22-nə təyin olunub. Növbəti prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyəcək.

Xatırladaq ki, hadisə bu il iyulun 24-də Qusar rayonunun Avaran kəndində baş verib. Kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngindən atəş açaraq öldürüb. Bununla kifayətlənməyən qayınata mətbəx bıçağı ilə gəlninin başını da kəsib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla törədildikdə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti