...

Daşkəsəndə güclü külək fəsadlar yaradıb (FOTO)

Hadisə Materials 20 Yanvar 2016 11:48 (UTC +04:00)
Daşkəsəndə güclü külək bir sıra fəsadlar yaradıb.
Daşkəsəndə güclü külək fəsadlar yaradıb (FOTO)

Bakı. Trend:

Daşkəsəndə güclü külək bir sıra fəsadlar yaradıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu gecə müşahidə olunan güclü külək rayon ərazisində bir neçə çoxmərtəbəli binanın dam örtüklərini yararsız hala salıb. Səməd Vurğun küçəsində yerləşən 12 mənzilli yaşayış binasının dam örtüyü taxta konstruksiyalarla birgə uçulub.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev bildirib ki, elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

Hazırda komissiyanın üzvləri dəyən ziyanın müəyyənləşdirilməsi, fəsadların aradan qaldırılması üçün iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti