Bakı. Samir Əli - Trend:
Bakıda polis qanunsuz silah saxlanılması ilə bağlı əməliyyat keçirib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Cəbrayıl rayon sakini Gündüz Rəsulovdan "Makarov" markalı tapança və 8 ədəd patron götürülüb.
Onun Xırdalan şəhərindəki evinə baxış zamanı isə lüləsi və qundağı kəsilmiş "İJ" markalı tüfəng və 19 ədəd patron da aşkar edilərək götürülüb.