...

Göygöldə yanğın bir evdən o birisinə keçdi

Hadisə Materials 6 Fevral 2016 10:33 (UTC +04:00)
Göygöl rayonu, Şəhriyar kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.
Göygöldə yanğın bir evdən o birisinə keçdi

Bakı. Trend:

Göygöl rayonu, Şəhriyar kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli 3 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlamasının 3 tonu və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 46 kv.m sahədə, damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti