...

Bakıda uşaq bağçası yanıb: 6 nəfər təxliyyə olunub

Hadisə Materials 22 Fevral 2016 08:44 (UTC +04:00)
Bakıda uşaq bağçası yanıb
Bakıda uşaq bağçası yanıb: 6 nəfər təxliyyə olunub

Bakı. Trend:

Bakıda uşaq bağçası yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmlış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti