...

Şəkidə 3 otaqlı ev yanıb

Hadisə Materials 28 Fevral 2016 09:25 (UTC +04:00)
Şəki rayonunda yanğın baş verib.
Şəkidə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Şəki rayonunda yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Aşağı Şabalıd kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 32 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti