Bakı. Trend:
Bakıda saxlanılan cibgirin cibindən heroin çıxıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevral ayının 29-da 20 saylı xətt avtobusunda Abşeron rayon sakini Sevinc Talıbovanın cibindən oğurluq etməyə cəhd göstərmiş Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Babayev tutulub. Ondan 0,215 qram heroin götürülüb.