...

DİN Bakıda ölümlə nəticələnən yol qəzası barədə məlumat yaydı

Hadisə Materials 7 Mart 2016 13:06 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib
DİN Bakıda ölümlə nəticələnən yol qəzası barədə məlumat yaydı

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 7-də saat 01 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakinləri Əli Abdullayevin idarə etdiyi "Range Rover" və Ramil Muradovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub.

Nəticədə R.Muradovun sərnişinlərindən Abşeron rayon sakini Elgün Muradov hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə Ə.Abdullayev xəstəxanaya yerləşdirilib. R.Muradov orada ölüb.

Binəqədi RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti