...

Göygöldə evdə qaz partlayıb, bir nəfər yanıb

Hadisə Materials 17 Mart 2016 08:09 (UTC +04:00)
Göygöldə evdə qaz partlayıb, bir nəfər yanıb
Göygöldə evdə qaz partlayıb, bir nəfər yanıb

Bakı. Trend:

Göygöldə evdə qaz partlayıb, bir nəfər yanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Göygöl rayon Nəriman Nərimanov küçəsi ev 15 ünvanında yaşayan 39 yaşlı Fazil Məmmədov xəstəxanaya gətirilib. Onun müayinəsi zamanı bədənində müxtəlif dərəcəli yanıq xəsarətləri aşkar edilib və yaralıya tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən Fazil Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Verilən məlumata görə, o səhər evdə qaz sobasını yandırmaq istəyərkən, qəfildən partlayış baş verib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti