...

Göyçayda evdə və qarajda yanğın olub

Hadisə Materials 31 Mart 2016 21:20 (UTC +04:00)

Bakı. Trend:

Göyçayda evdə və qarajda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Göyçay rayonu, Qaraxıdır kəndində vətəndaşa məxsus ümumi sahəsi 480 kv. m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində (1-ci mərtəbə 3 otaq və qarajdan ibarət) "VAZ-2106" markalı minik avtomobilinin mühərriki, salon hissəsi, 1-ci mərtəbədə qarajın və 1 otağın tavanı 56 kv. m sahədə yanıb.

Avtomobil yanğınsöndürənlər çatana kimi qonşular tərəfindən söndürülüb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti