...

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs yaxalanıb

Hadisə Materials 19 Aprel 2016 14:35 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sol tayından 1 ədəd bükümdə, xalis çəkisi 2,143 qram olan narkotik vasitə - tiryək aşkar olunub
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs yaxalanıb

Bakı. Samir Əli - Trend:

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sol tayından 1 ədəd bükümdə, xalis çəkisi 2,143 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Trend-in Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə narkotik vasitələr aşkar edilib.

Həmin vətəndaşdan 1 ədəd bükümdə xalis çəkisi 23,085 qram olan heroin, 1 ədəd bükümdə xalis çəkisi 1,285 qram olan tiryək, 3 ədəd bükümdə ümumi xalis çəkisi 4,9 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti