...

Şirvanda su kanalında batan şəxs axtarılır

Hadisə Materials 21 Aprel 2016 09:07 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti