...

Qanunsuz tələbə qəbulu adı ilə dələduzluq edən qadına hökm oxundu

Hadisə Materials 26 Aprel 2016 16:16 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunsuz tələbə qəbulu adı ilə dələduzluq edən qadına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumnatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Məmmədova ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib. O, 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadaraq ondan 23 min manat almaqda təqsirləndirilir.

N.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan N.Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib.

Bakı Apelyasiya Məhkəməsində dövlət ittihamçısının protesti təmin edilib və hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi xaric edilib. N.Məmmədova məhkəmə zalındaca həbs edilib. Onun işinə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti