...

Qaynını öldürməyə cəhd edən şəxs 14 il azadlıqdan məhrum edildi

Hadisə Materials 26 Aprel 2016 17:46 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Ağakişi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qaynını öldürməyə cəhd edən şəxs 14 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Ağakişi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynov 14 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2015-ci ilin iyul ayında Qobustan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü A.Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə onu öldürməyə cəhd edib. B.Mahmudov ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti