...

Şabranda vətəndaşa məxsus evdə yanğın olub

Hadisə Materials 5 May 2016 09:25 (UTC +04:00)
Şabran şəhərində vətəndaşa məxsus evdə yanğın olub.
Şabranda vətəndaşa məxsus evdə yanğın olub

Bakı. Trend:

Şabran şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti