...

İŞİD-ə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə Materials 26 May 2016 15:43 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İŞİD-ə qoşulan azərbaycanlılara hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 15 il, M.Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, E.İsmayılov və M.Abdullayev bir qrup şəxslə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD) tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə "Xəttab" ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməyi ilə qanunsuz olaraq Suriya ərazisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrinə əsasən ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti