Bakı. Trend:
Bakıda keramika sexində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan keramika sexinin ərazisində 30 kv.m sahəyə yığılmış taxta taralar, ümumi sahəsi 9 kv.m olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda yerləşən, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli ofis binasının dam örtüyünün yanar konstruksiyaları və tavanı 55 kv.m sahədə yanıb. Hər iki sexin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.